![](https://static.wixstatic.com/media/e4eb94_345b6cb67c9f42df8a4c4875d5e58088~mv2.jpg/v1/fill/w_980,h_551,al_c,q_85,usm_0.66_1.00_0.01,enc_auto/e4eb94_345b6cb67c9f42df8a4c4875d5e58088~mv2.jpg)
Adətən elektrik stansiyalarında bir neçə sinxron generator quraşdırılır və onlar paralel işləyir. Bununla da elektrik stansiyalarının ümumi gücü artmış olur. Beləliklə, elektrik stansiyalarında quraşdırılmış sinxron generatorun tipik iş rejimlərindən biri, onun güclü şəbəkəyə paralel qoşulmasından ibarətdir. Generatoru şəbəkəyə paralel qoşmaq üçün dəqiq və ya öz-özünə sinxronlaşma üsullarından istifadə edilir. Öz-özünə sinxronlaşma üsulu sistemdə qəza hallarında tətbiq edilir. Sinxron generatoru şəbəkəyə paralel işə qoşmaq üçün aşağıdakı şərtlər yerinə yetirilməlidir: paralel qoşulma anında generatorun
ehq-si E0 və şəbəkə gərginliyi Uş bir-birinə bərabər olmalıdır; ehq E0 fazaca şəbəkə gərginliyinə Uş əks isiqamətdə olmalıdır ( E0=-Uş ); generator ehq-nin tezliyi fq şəbəkə gərginliyinin tezliyinə bərabər olmalıdır ( fq=fş ); generatorun
və şəbəkənin faz ardıcıllığı eyni olmalıdır. Bu şərtlərin hər hansı birinin ödənilməməsi qəza hadisəsinə səbəb ola bilər. Generatorun şəbəkəyə paralel qoşulmasının sxemi aşağıdakı sxemdə göstərilmişdir.
![](https://static.wixstatic.com/media/e4eb94_70b5718d64854c4fad7507b4c9805ce1~mv2.png/v1/fill/w_980,h_611,al_c,q_90,usm_0.66_1.00_0.01,enc_auto/e4eb94_70b5718d64854c4fad7507b4c9805ce1~mv2.png)
Sinxron generatorun şəbəkəyə paralel qoşulması zamanı yerinə yetirilən şərtlər toplusu sinxronlaşdırma adlanır. Sinxronlaşdırma zamanı əvvəlcə rotorun sinxron fırlanma tezliyi əldə edilir. Bu halda tezliklərin təxmini bərabərliyi
əldə edilir: fq≈fş . Sonra təsirlənmə cərəyanı tənzim edilərək generatorun
ehq-si şəbəkə gərginliyi ilə eyniləşdirilir. Gərginlik və ehq vektorlarının əks fazada olmasına nəzarət lampalı və ya əqrəbli sinxronoskopla edilir. Bu şərt yerinə yetirilən zaman lampalar qısa müddətə sönmüş olur. Beləki, lampalara
DU=Uş - Ug gərginliyi təsir edir. Faz ardıcıllığı da, lampaların yanıb-sönməsinə əsasən müəyyən edilir. Əgər lampalar eyni zamanda yanıb-sönürsə bu, faz ardıcıllığının düzgün olduğunu, növbə ilə yanıb-söndükləri halda isə faz ardıcıllığının düzgün olmadığını söyləmək olar. Qeyd edilən şərtlər yerinə yetirildikdən sonra generator şəbəkəyə qoşulur. Şəbəkəyə paralel qoşulmuş generatorun aktiv gücünü artırmaq üçün onun valına tətbiq edilən xarici momenti artırmaq lazım gəlir. Bu halda şəbəkə gərginlik vektoru Uş ilə ehq vektorları arasında bucaq q dəyişir. Şəbəkə ilə paralel işləyən sinxron generatorun raktiv gücünün artırılması üçün təsirlənmə cərəyanını artırmaq lazımdır. Təsirlənmə cərəyanının artması ilə əlaqədar E0 ehq-nin qiyməti artır. Bu artım maşının induktiv müqaviməti ilə təyin edildiyindən yaranan cərəyan reaktiv olur və gərginlikdən fazaca 900° geri qalır.
Comments